Cəbrayılda yaşayış kompleksinin açılışı | Sakinlərə mənzillərin açarları verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilən birinci şəhər idi.
Prezident qeyd edib ki, Cəbrayılda birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Dövlət başçısı bildirib ki, Cəbrayıl rayonunda beş yeni müəssisənin təməli qoyulub. Oradakı müəssisələrdə mindən çox insan çalışacaq.
Dövlət başçısı qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərimizdə 100-ə yaxın kəndin bərpası davam edir və Böyük Qayıdış Proqramı uğurla icra edilir.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV
- İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV
- İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV
- Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV
- Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI
