Pleyeri seçin:

Çətin dağ yolları və mina təhlükəsi | Ordunun hərəkəti üçün hansı hazırlıq görüldü?

25 noyabr 2026 65 baxış

“Qarabağ xronikası”nın budəfəki buraxılışında Kəlbəcərin işğaldan necə azad edilməsindən, rayonun strateji əhəmiyyətindən və Azərbaycan Ordusunun bölgəyə daxil olması üçün aparılan hazırlıq işlərindən bəhs olunub.

Bildirilib ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin işğal edilməsi Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri ilə quru əlaqələrini genişləndirib. Rayonun əhəmiyyətini artıran digər amil onun zəngin təbii sərvətləri idi. Bu baxımdan Kəlbəcər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Murovdağ istiqamətində əməliyyatlar keçirərək Murov zirvəsini azad edib. Bununla da Ermənistanın Qarabağın şimalına hərbi yüklər daşıdığı Basarkeçər–Ağdərə avtomobil yolu vizual müşahidə və atəş nəzarətinə götürülüb.

Diqqətə çatdırılıb ki, noyabrın 8-də Şuşanın azad edilməsindən sonra yaranan hərbi-siyasi vəziyyət Ermənistanı Kəlbəcəri Azərbaycana qaytarmaq öhdəliyini qəbul etməyə məcbur edib. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanata əsasən, rayonun noyabrın 15-dək boşaldılması nəzərdə tutulsa da, Ermənistanın müraciətindən sonra müddət noyabrın 25-dək uzadılıb.

Vurğulanıb ki, Kəlbəcəri tərk edən erməni silahlıları hərbi hissələrin binalarını partladıb, yaşayış evlərini yandırıb, ağacları kəsib və digər dağıntılar törədiblər. Azərbaycan Ordusu isə mühəndis hazırlığı və marşrutların minalardan təmizlənməsi başa çatdıqdan sonra noyabrın 25-nə keçən gecə Kəlbəcərə daxil olub. Nəticədə, 27 ildən artıq davam edən işğala son qoyulub.

Banner
Elektron sənəd qəbulu başlayır | Namizədlər nəyə diqqət etməlidir? - ƏSAS XƏBƏR

Elektron sənəd qəbulu başlayır | Namizədlər nəyə diqqət etməlidir? - ƏSAS XƏBƏR

Siyasət
25 noyabr 2026 52 baxış
Azərbaycan və Aİ arasında viza rejimi sadələşə bilər? - Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Aİ arasında viza rejimi sadələşə bilər? - Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
25 noyabr 2026 105 baxış
Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin i̇nkişafına dəstək göstərəcək - Baku TV

Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin i̇nkişafına dəstək göstərəcək - Baku TV

Siyasət
25 noyabr 2026 93 baxış
Azərbaycan-Gürcüstan tərəfdaşlığı Avropanın təhlükəsizliyinə töhfədir - Baku TV

Azərbaycan-Gürcüstan tərəfdaşlığı Avropanın təhlükəsizliyinə töhfədir - Baku TV

Siyasət
25 noyabr 2026 111 baxış
Şərq-Qərb və Orta Dəhlizin potensialı artırılır - Baku TV

Şərq-Qərb və Orta Dəhlizin potensialı artırılır - Baku TV

Siyasət
25 noyabr 2026 114 baxış
"Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda konfrans keçirilib

"Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda konfrans keçirilib

Siyasət
25 noyabr 2026 107 baxış
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmliyinə diqqət çəkib - Baku TV

Ceyhun Bayramov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmliyinə diqqət çəkib - Baku TV

Siyasət
24 noyabr 2026 67 baxış
Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 noyabr 2026 264 baxış
Ermənistanda azərbaycanlılardan qalan miras | Qəbir daşlarında yaşayan tarix

Ermənistanda azərbaycanlılardan qalan miras | Qəbir daşlarında yaşayan tarix

Siyasət
24 noyabr 2026 156 baxış
Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
24 noyabr 2026 132 baxış
Seçilmişlər
icon