Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışdı
Xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
Söhbət zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər. Nazirlər 2023-cü ildə siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə postmünaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ceyhun Bayramov Abbas Əraqçi ilə danışıb | İranın araşdırması nə vaxt tamamlanacaq? - Baku TV
- Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan və Türkiyə XİN başçıları hansı məsələləri müzakirə etdi? - Baku TV
- XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV
- Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər
