Siyasət
Pleyeri seçin:

Ceyhun Bayramov Yens Stoltenberqlə Ermənistanla münasibətlərdən danışdı

18 mart 2024

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

Söhbət zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib.

Vətəndaşlarımızın, eləcə də aparılan yenidənqurma işlərinin təhlükəsizliyinə hədə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcudluğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov Azərbaycanın NATO ilə əməkdaşlığın, xüsusilə “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinə hazırlıq prosesindən bəhs edən nazir COP29 irsinin iqlim dəyişikliyi təhlükəsinə mübarizəyə töhfə olması üçün aidiyyəti tədbirlərin görüldüyünü bildirib.

Baş katib Yens Stoltenberq Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olması ilə yanaşı, ölkəmizin NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətinə diqqət çəkib. 

Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Siyasət
27 aprel 2024
Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Siyasət
27 aprel 2024
Bir çox məsələ Rusiya-Azərbaycan əlaqələrindən asılıdır | Savelyevdən şərh

Bir çox məsələ Rusiya-Azərbaycan əlaqələrindən asılıdır | Savelyevdən şərh

Siyasət
27 aprel 2024
Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Siyasət
27 aprel 2024
Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Siyasət
27 aprel 2024
Japarovun səfəri bəzi gözləntiləri də üstələdi  | Qırğızıstan səfiri

Japarovun səfəri bəzi gözləntiləri də üstələdi | Qırğızıstan səfiri

Siyasət
27 aprel 2024
Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Siyasət
26 aprel 2024
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

Siyasət
26 aprel 2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Siyasət
26 aprel 2024
Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Siyasət
26 aprel 2024
Seçilmişlər
icon