Ceyhun Bayramovla Məhəmməd İshaq Dar danışıq zamanı vacib müzakirələrə toxundu
Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti, perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Müzakirələr Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın telefon danışığı zamanı aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İki ölkənin liderləri arasında yüksək səviyyəli təmaslar, əldə olunan razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı Məhəmməd İshaq Dar Pakistanla Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- ABŞ Dövlət Departamentinin bəyanatına Azərbaycan XİN-dən reaksiya - Baku TV
- Konsulluq əməkdaşları İranın bu şəhərindən tam təxliyə edildi | Ayxan Hacızadədən açıqlama - Baku TV
- Ceyhun Bayramov İranla bağlı kritik vəziyyətdən danışdı - "50-dən çox ölkə müraciət etdi" - Baku TV
- Bu ölkələrdəki Azərbaycan vətəndaşları ilə bağlı təcili hərəkətə keçildi - Baku TV
- Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI
