Pleyeri seçin:

Çinin Cənubi Qafqazla bağlı istəyi nədir?

24 sentyabr 2025 197 baxış

“Ermənistan Çin üçün Cənubi Qafqazda mühüm nöqtədir, amma Pekin hələ də İrəvanla dərin və uzunmüddətli əməkdaşlıq qurmayıb”.

Bunu rusiyalı politoloq Aleksey Maslov deyib.

Onun sözlərinə görə, Pekin Qafqazda xüsusi oyun oynayır, Ermənistan və Çin arasında strateji sazişin imzalanması genişmiqyaslı əməkdaşlığın başlanğıcından daha çox dialoqa hazır olmaqdan xəbər vermək cəhdidir.

A.Maslov qeyd edib ki, Çinin əsas marağı nəqliyyat dəhlizləri ilə bağlıdır:

“Çin üçün alternativ təchizat kanallarını inkişaf etdirməklə risklərdən yayınmaq vacibdir. Bu baxımdan Ermənistan Azərbaycan və Türkiyədən keçən ənənəvi marşrutdan yan keçən potensial mərkəz kimi görünür.

Artıq Çinin Azərbaycan və Türkiyədən, eləcə də Gürcüstandan keçməklə Avropaya operativ marşrutları var. Amma əsas məqsəd tədarükləri paralelləşdirməkdir: marşrutlar nə qədər çox olarsa, asılılıq da bir o qədər az olar və risklər azalır. Bu kontekstdə Şimal Dəniz Yolu və Mərkəzi Asiyadan keçən dəhlizlərlə yanaşı, Cənubi Qafqaz və Ermənistan alternativ marşruta çevrilir.

Həmçinin Çin Ermənistan üçün güclü investor ola bilər, amma Yaxın Şərq və region ölkələrinin təcrübəsi göstərir ki, bir müddətlik sevincdən sonra məyusluq dövrü gəlir”.

Xatırladaq ki, 2025-ci ilin iyulunda Ermənistan və Çin strateji tərəfdaşlıq haqqında bəyanat imzalayıb. Sənəd Ermənistan Baş naziri Nikol Paşinyan və Çin Sədri Si Cinpin arasında razılaşdırılıb.

Gürcüstan Cənubi Qafqazda 2023-cü ildə Çinlə analoji sazişi imzalayan ilk ölkə olub. 2025-ci ilin aprelində Azərbaycanla da strateji tərəfdaşlıq rəsmiləşib. Beləliklə, Çin hazırda regionun hər üç ölkəsinin strateji tərəfdaşıdır.

Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Siyasət
15 dekabr 2025 197 baxış
UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

Siyasət
15 dekabr 2025 197 baxış
Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Siyasət
15 dekabr 2025 197 baxış
Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR

Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR

Siyasət
15 dekabr 2025 197 baxış
ATƏT və Ermənistanın “gizli oyunu” | Qarabağı masada bölmək cəhdi necə iflasa uğradı?

ATƏT və Ermənistanın “gizli oyunu” | Qarabağı masada bölmək cəhdi necə iflasa uğradı?

Siyasət
14 dekabr 2025 197 baxış
500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ

500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ

Siyasət
14 dekabr 2025 197 baxış
Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 197 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 197 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 197 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 197 baxış
Seçilmişlər
icon