Pleyeri seçin:

COP29-a görə Bakıya gələcək ABŞ rəsmilərinin siyahısı açıqlandı

01 noyabr 2024 499 baxış

11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-nin liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər.

Məlumata əsasən, nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, Prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.

Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.

Yarana biləcək “İslam NATO”su hansı imkanlara sahibdir?

Yarana biləcək “İslam NATO”su hansı imkanlara sahibdir?

Siyasət
22 yanvar 2026 499 baxış
Azərbaycan niyə Ermənistana məhkumları təhvil verdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan niyə Ermənistana məhkumları təhvil verdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 yanvar 2026 499 baxış
İlham Əliyev "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində - Baku TV

İlham Əliyev "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində - Baku TV

Siyasət
22 yanvar 2026 499 baxış
İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında - Baku TV

İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında - Baku TV

Siyasət
22 yanvar 2026 499 baxış
Qrenlandiya məsələsi çözüldü: Tramp buna nail oldu

Qrenlandiya məsələsi çözüldü: Tramp buna nail oldu

Siyasət
22 yanvar 2026 499 baxış
İlham Əliyev və Donald Tramp İsveçrədə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev və Donald Tramp İsveçrədə nələri müzakirə etdi? - Baku TV

Siyasət
22 yanvar 2026 499 baxış
Prezident İlham Əliyev mərasimdə iştirak edib

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Siyasət
22 yanvar 2026 499 baxış
Prezident İlham Əliyevin Davosa səfəri ilə bağlı görüntülər - Baku TV

Prezident İlham Əliyevin Davosa səfəri ilə bağlı görüntülər - Baku TV

Siyasət
22 yanvar 2026 499 baxış
Prezident İlham Əliyevin Davosda Tramp ilə görüşü oldu - Baku TV

Prezident İlham Əliyevin Davosda Tramp ilə görüşü oldu - Baku TV

Siyasət
22 yanvar 2026 499 baxış
İlham Əliyev imzalanma mərasimindən öncə dövlət başçıları ilə görüşdü

İlham Əliyev imzalanma mərasimindən öncə dövlət başçıları ilə görüşdü

Siyasət
22 yanvar 2026 499 baxış
Seçilmişlər
icon