Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edildi | Detallar üzə çıxdı
Aktau yaxınlığında baş verən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığı yerdən daha bir “qara qutu” tapılıb.
“Report.az”ın məlumatına görə, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.
“İki “qara qutu” aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra baxış keçiriləcək”, – o deyib.
A.Ordabayev həmçinin təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.
“Zərərçəkmişləri və hava xidməti işçilərini dindirdik. Həmçinin bütün hadisə şahidlərini müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış tamamlanma mərhələsindədir”, – deyə o vurğulayıb.