Pleyeri seçin:

Elçin Yusubov Dan Ştefan Tarçeya ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

14 avqust 2026 291 baxış

Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun Rumıniyanın Kluj-Napoka şəhərinin rəhbərliyi ilə görüşü baş tutub.

Görüşdə Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən irimiqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov öz növbəsində 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığı, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb.

Elçin Yusubov məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticarət və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 291 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 291 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 291 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 291 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 291 baxış
Seçilmişlər
icon