Ərdoğan Kılıçdaroğluna cavab verdi
“Biz Qərbin yox, Türkiyənin istədiyini edirik. “Qərb nə istəsə, edəcəyik" deyə siyasət kitabımızda belə bir şey olmayacaq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Hemşehri Dernekleri Buluşma proqramında deyib.
Seçkiqabağı təbliğatında Rusiya ilə ziddiyyətli siyasət yürüdəcəyi, ölkəni Qərbin üzünə tam açacağı ilə bağlı fikirləri ilə gündəm yaratmağa cəhd edən CHP lideri Kamal Kılıçdaroğluna cavab olaraq Türkiyə lideri bildirib ki, ölkəsinin tam müstəqil siyasi xətt yürütməsinin tərəfdarıdır.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin 2-ci turu mayın 28-də keçiriləcək. 2 namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Türkiyənin prezidenti olacaq.