Pleyeri seçin:

Ərdoğan regionda nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevi təbrik etdi

09 avqust 2025 349 baxış

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyanatın, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

Siyasət
13 mart 2026 349 baxış
XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

Siyasət
13 mart 2026 349 baxış
Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Siyasət
13 mart 2026 349 baxış
Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Siyasət
12 mart 2026 349 baxış
Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Siyasət
12 mart 2026 349 baxış
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Siyasət
12 mart 2026 349 baxış
Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Siyasət
12 mart 2026 349 baxış
Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Siyasət
12 mart 2026 349 baxış
İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

Siyasət
12 mart 2026 349 baxış
Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Siyasət
12 mart 2026 349 baxış
Seçilmişlər
icon