Ərəb qrafikalı məzar daşları | Qədim kənddən dövrümüzə qalan son nişanələr nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Qursalı (indiki Arcahovit) azərbaycanlı kəndinin tarixi
Adları:
çar dövründə – Qursali, Qursalı
sovet dövründə – Qursali
Çar və sovet mənbələrində kənd Qursalı adı ilə qeyd edilir.
1995-ci ilin dekabrında kəndin adı Xursali olaraq dəyişdirilib. Hal-hazırda rəsmi erməni mənbələrində kəndin iki adından istifadə edilir: Qursal və Arcahovit. Sonuncu Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr “Gürcü xalqına” manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
