Pleyeri seçin:

Erməni düşüncəsini öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir | Professor Qafar Çaxmaqlı

06 may 2024 661 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı olub.

O, Türkiyə cəmiyyətində, o cümlədən elmi çevrələrdə Ermənistan və ermənilərlə bağlı yanaşmadan söhbət açıb.

Bildirib ki, son dövrlərə qədər Türkiyədə erməni məsələsinə münasibət o qədər də ciddi olmayıb. Alimin sözlərinə görə, 1980-ci illərdən etibarən ASALA erməni terror təşkilatının həyata keçirdiyi silsilə terror aktlarından sonra qardaş ölkədə bu məsələyə xüsusi diqqət yetirilib.

Bundan sonra türkiyəli alimlər erməni məsələsi, onların ideologiyası, terrorçu mahiyyətləri barədə tədqiqatlar, əsərlər ortaya qoyublar. Bu məsələdə azərbaycanlı alimlərin türkiyəli həmkarlarına böyük dəstəyi olub.

Q.Çaxmaqlı Ərciyəs Universitetindəki ermənişünaslıq bölümünün fəaliyyətindən də danışıb. Deyib ki, burada erməni dilini bilən mütəxəssislər hazırlanır, ermənilərə dair araşdırmalar aparılır.

Türkiyədə gənclərin ermənişünaslıq bölümünə marağının ildən-ilə artdığını diqqətə çatdıran müsahib vurğulayıb ki, hər il iyirmiyə yaxın məzun olur və onlar müxtəlif qurumlarda, o cümlədən dövlət idarələrində müvafiq vəzifələrdə çalışırlar.

Alim erməni dilində bizim lehimizə olan çox ciddi qaynaqların varlığından söhbət açıb. O deyib ki, erməni düşüncə sistemi və ideologiyası terror üzərində qurulub. Onun sözlərinə görə, ermənilərin nə düşündüyünü öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 661 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 661 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 661 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 661 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 661 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 661 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 661 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 661 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 661 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 661 baxış
Seçilmişlər
icon