Pleyeri seçin:

Ermənistan XİN-in absurd bəyanatına QAİ-dən reaksiya

16 yanvar 2025 207 baxış

“Ermənistan Xarici İşlər Nazirliyinin 2025-ci il yanvarın 15-də verdiyi Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanıb ki, etnik təmizləməni törədən dövlət Ermənistandır:

“Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir”.

İcma qeyd edib ki, Levon Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini bildirib:

“Levon Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı təqdim edirik: “Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.

Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnik dövlət yaratmağı hədəfləyib.

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq oradakı multi-etnik mühiti bərpa etməlidir”.

"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 yanvar 2026 207 baxış
Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Siyasət
16 yanvar 2026 207 baxış
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Siyasət
16 yanvar 2026 207 baxış
Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Siyasət
16 yanvar 2026 207 baxış
"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

Siyasət
16 yanvar 2026 207 baxış
“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

Siyasət
16 yanvar 2026 207 baxış
Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Siyasət
16 yanvar 2026 207 baxış
Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Siyasət
16 yanvar 2026 207 baxış
Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Siyasət
16 yanvar 2026 207 baxış
İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 yanvar 2026 207 baxış
Seçilmişlər
icon