Siyasət
Pleyeri seçin:

Ermənistanı niyə izləmirsiniz? - QAİ-dən ABŞ-yə sərt reaksiya

02 may 2024

Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı barədə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hesabatda Azərbaycana dair hissə tamamilə qeyri-obyektiv və əsassızdır.

“Hesabatda Azərbaycanla bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-nin Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir.

Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur. Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar", – bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, komissiya, ümumiyyətlə, Ermənistanı izləmir və bu ölkə haqqında hesabat dərc etmir:

“Belə çıxır ki, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsi dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir”. 

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Siyasət
16 may 2024
Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Siyasət
16 may 2024
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Siyasət
16 may 2024
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

Siyasət
16 may 2024
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Siyasət
16 may 2024
Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Siyasət
16 may 2024
Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Siyasət
16 may 2024
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət
16 may 2024
Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Siyasət
16 may 2024
Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Siyasət
16 may 2024
Seçilmişlər
icon