Ermənistanın keçmiş müdafiə naziri müharibəyə görə dindirildi
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə ilə bağlı ölkə parlamentində yaradılan komissiyada dindirilib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb. D.Tonoyan söyləyib ki, 2020-ci ildə hərbi əməliyyatların başlanma vaxtını kimsə proqnozlaşdıra bilməyib.
Ermənistanın keçmiş müdafiə naziri ölkəsinin İkinci Qarabağ müharibəsində məğlub olmasının səbəbini də açıqlayıb.
“Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi. Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”, – deyən sabiq nazir bununla belə qeyd edib ki, 2020-ci il sentyabrın 27-dək Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması üçün bütün lazımi tədbirlər görülmüşdü.
D.Tonoyan bir daha vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan müharibənin dördüncü günündə döyüşlərin dayandırılmasını təklif etmişdi.
Qeyd edək ki, David Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olub.
#Ermənistan teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
