Ermənistanla sərhəddə hərəkətlilik müşahidə edildi | Anbaan görüntülər
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
Avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV
- Avropa İttifaqından ABŞ-yə sərt münasibət - Baku TV CANLI
- "Avropa və NATO olaraq Rusiyaya təzyiqi artıracağıq" | Moskvaya cavab necə olacaq? - Baku TV
- Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV
- Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək
