Formula 1 yarışından sonra ölkəmizdə turistlərin sayı artıb | İlham Əliyev - Baku TV
“Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilib və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynayıb”.
Bunu Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
“Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün.
Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV
- Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV
- Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV
- Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV
- Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV
