Pleyeri seçin:
Gürcü politoloqlar tarixi zəfərimizi nümunə gətirdi
“Azərbaycan Ordusu nəinki bölgənin, hətta dünyanın ən qabaqcıl ordularındandır. Buna dəlalət edən kifayət qədər faktlar var”.
Bu sözləri Baku TV-yə verdiyi müsahibəsində gürcü politoloq Badri Naçkebiya Tbilisidə Azərbaycanın Milli Ordusunun yaranması ilə bağlı keçirilən rəsmi qəbuldan sonra deyib.
“Azərbaycan uzun illər ərzində işğal altında olan torpaqlarını azad etmiş bir ölkədir. Azərbaycan Ordusunun təchizatı, eləcə də əsgərlərin döyüş hazırlığı ən yüksək səviyyədədir. 44 günlük Vətən müharibəsində bunu bütün dünya gördü. Qardaş Azərbaycanla dostluq və strateji əməkdaşlıq bizim üçün olduqca önəmlidir. Azərbaycan Ordusu yalnız ölkəsinin suverenliyini qorumur, bizim də bu orduya böyük ümidlərimiz var”, – deyə o qeyd edib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
