Gürcüstan və Azərbaycan arasında mühüm müzakirələr | Kobaxidzedən İlham Əliyevə təşəkkür
“Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mediaya açıqlaması zamanı deyib.
O, Tbilisinin bu məsələdə göstərilən diqqət və dəstəyə görə Bakıya minnətdar olduğunu vurğulayıb:
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Baş nazir Gürcüstan və Azərbaycanın həm dost, həm də tərəfdaş ölkələr olduğunu bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq 2 ölkə üçün də faydalıdır.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək”, – deyə İ.Kobaxidze bildirib.
#Gürcüstan teqi istifadə olunub
- Bakı-Tbilisi xətti yeni qlobal ticarət marşrutunun mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM
- Gürcüstanlı nazir Bakı-Supsa kəmərinin bərpası ilə bağlı açıqlama verdi - Baku TV
- Gürcüstan Dünya Şəhər Gündəliyinə sadiq qalır | İrakli Kobaxidze - Baku TV
- İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşündə hansı məsələlər müzakirə edildi? - Baku TV
- Azərbaycanlı gənclər Gürcüstanda ağır qəzaya düşdü - Baku TV CANLI
