Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlət başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, xalqlarımız arasında qardaşlıq əlaqələrinin olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğulayıb.
O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi birgə layihələrə toxunulub, onların yalnız regional deyil, eyni zamanda qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV
- Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb
- Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV
