Siyasət
Pleyeri seçin:

Heç kəs bizə kömək etmədi | Prezident antiterror tədbirlərindən danışdı

14 mart 2024

“Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır”.

Bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

Prezident vurğulayıb ki, sonuncu antiterror əməliyyatından sonra hərbi sursatlar, ağır silahlar, zirehli maşınlar müsadirə olundu ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülən hərbi qənimətlərin dəyəri isə 5 milyard ABŞ dollarına yaxın idi. Belə olan halda, sual yaranır ki, Ermənistan bütün bu pulları haradan əldə edib? Məlum idi ki, ermənilərin Azərbaycana qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi.

Qeyd edək ki, Bakıda, Gülüstan sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

Təbii sərvətlərə malik xalq niyə səfil kimi yaşayır?

Təbii sərvətlərə malik xalq niyə səfil kimi yaşayır?

Siyasət
19 may 2024
İlham Əliyev və İbrahim Rəisi açılış mərasimində | "Xudafərin" hidroqovşağı istismara verildi

İlham Əliyev və İbrahim Rəisi açılış mərasimində | "Xudafərin" hidroqovşağı istismara verildi

Siyasət
19 may 2024
İlham Əliyev Azərbaycan-İran sərhədində İbrahim Rəisi ilə görüşüb

İlham Əliyev Azərbaycan-İran sərhədində İbrahim Rəisi ilə görüşüb

Siyasət
19 may 2024
Erməni barbarlığına tuş gələn dini abidə | Qubadlı məscidi

Erməni barbarlığına tuş gələn dini abidə | Qubadlı məscidi

Siyasət
19 may 2024
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda bir neçə açılışda iştirak etdi

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda bir neçə açılışda iştirak etdi

Siyasət
18 may 2024
Mehriban Əliyeva Prezidentin Zəngilan səfərindən səmimi görüntülər paylaşdı

Mehriban Əliyeva Prezidentin Zəngilan səfərindən səmimi görüntülər paylaşdı

Siyasət
18 may 2024
Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
18 may 2024
İlham Əliyev Cəbrayıl rayonunda bir neçə kəndin təməlini qoydu

İlham Əliyev Cəbrayıl rayonunda bir neçə kəndin təməlini qoydu

Siyasət
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixdən danışdı

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixdən danışdı

Siyasət
18 may 2024
İlham Əliyev “Zəngilan” və “Şayıflı” SES-lərin açılışında iştirak etdi

İlham Əliyev “Zəngilan” və “Şayıflı” SES-lərin açılışında iştirak etdi

Siyasət
18 may 2024
Seçilmişlər
icon