Pleyeri seçin:

“Həkəriçay” su anbarının təməli qoyuldu

11 iyul 2026 50 baxış

Prezident İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.

Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb - Baku TV

Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb - Baku TV

Siyasət
12 iyul 2026 50 baxış
Prezident İlham Əliyevə yaradılmış şərait haqqında məlumat verilib

Prezident İlham Əliyevə yaradılmış şərait haqqında məlumat verilib

Siyasət
12 iyul 2026 50 baxış
Sakinlər dövlətimizin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər

Sakinlər dövlətimizin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər

Siyasət
12 iyul 2026 50 baxış
İnfrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib

İnfrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib

Siyasət
12 iyul 2026 50 baxış
Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib - Baku TV

Siyasət
12 iyul 2026 50 baxış
Ermənilər özləri etiraf edirlər ki, 11–12 min fərariləri olub | Prezident İlham Əliyev - Baku TV

Ermənilər özləri etiraf edirlər ki, 11–12 min fərariləri olub | Prezident İlham Əliyev - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
"Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik" | Azərbaycan Prezidenti - Baku TV

"Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik" | Azərbaycan Prezidenti - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq | İlham Əliyev - Baku TV

Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq | İlham Əliyev - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Prezident və Kiçik Qaladərəsi kənd sakinləri arasında səmimi görüş olub - Baku TV

Prezident və Kiçik Qaladərəsi kənd sakinləri arasında səmimi görüş olub - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
İlham Əliyev Xocavəndin Quzeyxırman kəndinin sakinləri ilə görüşdü - Baku TV

İlham Əliyev Xocavəndin Quzeyxırman kəndinin sakinləri ilə görüşdü - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Seçilmişlər
icon