Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü
Prezidentin köməkçisi Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə Bakıya gəlib.
Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramı və müdafiə, təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunan beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı barədə əsas məruzə ilə çıxış edib.
Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.
Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Parisdə ikitərəfli münasibətlər müzakirə edilib
- Hikmət Hacıyevdən paylaşım | Qarabağa növbəti köç | Trampdan vacib açıqlama - YENİ BİR SƏHƏR
- Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib - Baku TV
- Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV
- Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV
