Pleyeri seçin:

Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama

27 aprel 2024 199 baxış

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

“Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül müharibə qalıqları ilə – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb”, – deyə Hikmət Hacıyev bildirib.

Həmçinin qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. Minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb.

Həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur. Ümumilikdə 1991-ci ildən bu günə kimi 3435 nəfər minadan zərərçəkən kimi qeydə alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.

Qeyd edək ki, ANAMA-nın əməkdaşı, 43 yaşlı Elçin Quliyev aprelin 27-də Şuşanın Qaybalı kəndində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı səbəbindən xəsarət alıb. Ona sağ ayağın amputasiyası diaqnozu qoyularaq yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya təxliyə olunub. Hazırda vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

Siyasət
15 mart 2026 199 baxış
Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 mart 2026 199 baxış
Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Siyasət
14 mart 2026 199 baxış
Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Siyasət
14 mart 2026 199 baxış
Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 mart 2026 199 baxış
İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

Siyasət
14 mart 2026 199 baxış
Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Siyasət
14 mart 2026 199 baxış
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

Siyasət
14 mart 2026 199 baxış
Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Siyasət
14 mart 2026 199 baxış
"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

Siyasət
14 mart 2026 199 baxış
Seçilmişlər
icon