İki ölkə birgə məhsul istehsal edəcək | Özbəkistanlı nazirdən mühüm açıqlama
Azərbaycan və Özbəkistan I Sənaye və İqtisadi Zonaları Forumunun keçirilməsi ilə bağlı razılığa gəlib.
Bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, bu tədbirlə iki ölkənin işgüzar dairələrinin Azərbaycan və Özbəkistandakı sənaye zonaları ilə tanış olmaq imkanı yaranacaq:
"Azərbaycandakı sənaye zonaları, parklarında müəssisələr yaratmaqla Özbəkistan şirkətləri Avropa bazarlarına çıxış imkanları əldə edəcəklər. Özbəkistandakı infrastruktur, iqtisadi zonalar isə Azərbaycan şirkətlərinə Mərkəzi Asiya bazarlarını mənimsəməyə, Pakistana çıxmağa imkan verəcək. Əfqanıstan da böyük ehtiyacları olan nəhəng bazara malikdir. Odur ki, biz əməkdaşlığın dərinləşdirilməsi və birgə irəliləyiş, üçüncü ölkələrin bazarında birgə məhsul istehsalı üçün böyük imkanlar görürük".
#Özbəkistan teqi istifadə olunub
- Prezident Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
- Daşkənddə aviaşou, dünya səhnəsinin ulduzları və 3D-şou - Baku TV
- SOCAR və Özbəkistan yeni əməkdaşlıq planlarını müzakirə etdi - Baku TV
- Şərqlə Qərbi birləşdirən şəhər | Beynəlxalq forumun iştirakçıları Səmərqənddə - Baku TV
- Türkiyə və Özbəkistanın birinci xanımları Mehriban Əliyevanı təbrik etdilər - Baku TV
