İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul etdi
Prezidenti İlham ƏIiyev martın 1-də "Barselona" futbol klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünyasəviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.
Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV
- Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
