Pleyeri seçin:

İlham Əliyev AIPAC prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidentini qəbul etdi

11 dekabr 2024 159 baxış

Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin sədri Maykl Tuçin və Komitənin yeni seçilən prezidenti Bernard Kaminetskini qəbul edib.

Qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlət başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar.

Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə İlham Əliyevə təşəkkür ediblər.

Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını deyiblər və qeyd ediblər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılan nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.

Maykl Tuçin və Bernard Kaminetski həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Dövlət başçısı da öz növbəsində qeyd edib ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub.

İlham Əliyev vurğulayıb ki, bütün bunlar eyni zamanda Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.

Dövlət başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumuna gəldiyi an

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumuna gəldiyi an

Siyasət
17 aprel 2026 159 baxış
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI

Siyasət
17 aprel 2026 159 baxış
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
17 aprel 2026 159 baxış
İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

Siyasət
17 aprel 2026 159 baxış
İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
17 aprel 2026 159 baxış
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Siyasət
17 aprel 2026 159 baxış
Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Siyasət
17 aprel 2026 159 baxış
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

Siyasət
17 aprel 2026 159 baxış
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

Siyasət
17 aprel 2026 159 baxış
Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Siyasət
17 aprel 2026 159 baxış
Seçilmişlər
icon