Siyasət
Pleyeri seçin:
İlham Əliyev Azərbaycana qarşı ittihamlara cavab verdi | Bizə qarşı ikili standartlar davam edir
“Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
“Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”, – dövlət başçısı qeyd edib.
Kopyalandı
Seçilmişlər