İlham Əliyev Azərbaycanı necə qalib ölkəyə çevirdi? | AYDIN TARİX
Yeniliklərdən dərhal xəbərdar olun
“Aydın tarix” verilişinin yeni buraxılışı Prezident İlham Əliyevə həsr olunub.
Proqramda Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mədəni irsinin qorunmasından, elm və təhsilin strateji prioritetə çevrilməsindən, eləcə də güclü ordunun formalaşdırılması və əldə olunan tarixi zəfərin mənəvi-siyasi əhəmiyyətindən bəhs edilib.
Qeyd edilib ki, tarixi irsin bərpası, milli musiqinin, incəsənətin və mədəni yaddaşın yaşadılması xalqın kimliyinə verilən dəyərin təzahürüdür.
Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev hər zaman ziyalıları cəmiyyətin mənəvi dayağı, milli kimliyin daşıyıcısı kimi qiymətləndirir. Dövlət başçısının fikrincə, məhz ziyalı təbəqə xalqın düşüncəsini formalaşdırır, gənc nəslin dünyagörüşünə istiqamət verir və ölkənin intellektual potensialının qorunmasında mühüm rol oynayır.
O da bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında formalaşan güclü Azərbaycan Ordusu peşəkarlığın, intizamın və milli ruhun təcəssümünə çevrildi:
“Ordunun modernləşdirilməsi, hərbi gücün artırılması və Ali Baş Komandanın qətiyyətli qərarları tarixi qələbəni mümkün etdi. Bu zəfər təkcə hərbi uğur deyil, milli birliyin, inamın və ədalətin qalibiyyətidir”.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV
- İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV
- Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV
- İlham Əliyev Paşinyanla görüşdü | Trampın xüsusi nümayəndələri Putinin qəbulunda - YENİ BİR SƏHƏR
- İlham Əliyev və Endi Börnhem mühüm sənədə imza atdı - Baku TV
