Pleyeri seçin:

İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul etdi

13 mart 2025 464 baxış

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola “Dostluq” ordenini təqdim edib.

Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Prezident İlham Əliyev Fatih Birola Azərbaycanla həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğulayıb.

COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını deyib və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirib.

O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşüb. Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 464 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 464 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 464 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 464 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 464 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 464 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 464 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 464 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 464 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 464 baxış
Seçilmişlər
icon