Siyasət
Pleyeri seçin:

İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidentini qəbul etdi

15 mart 2024

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğulayıb. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirib.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirib.

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub.

Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Siyasət
16 may 2024
Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Siyasət
16 may 2024
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Siyasət
16 may 2024
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

Siyasət
16 may 2024
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Siyasət
16 may 2024
Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Siyasət
16 may 2024
Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Siyasət
16 may 2024
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət
16 may 2024
Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Siyasət
16 may 2024
Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Siyasət
16 may 2024
Seçilmişlər
icon