Pleyeri seçin:

İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

22 yanvar 2025 551 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirib. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndiriblər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd ediblər.

Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulanıb, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olunub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı tərəfindən pan-Avropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın rolu qeyd olunub.

Xorvatiya Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. 

Banner
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 551 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 551 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 551 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon