Siyasət
Pleyeri seçin:

İlham Əliyev Düşənbədə "EKSPO Mərkəzi Asiya 2023" sərgisi ilə tanış olub

15 sentyabr 2023

Sentyabrın 14-də Prezident İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.

Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.

Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.

Sərgidə həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.

Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir. Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.

Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.

Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkdaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon