Pleyeri seçin:

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub

20 iyul 2023 353 baxış

Prezident İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.

Dövlət başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.

Yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir.

Məlumat verilib ki, layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 353 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 353 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 353 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 353 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 353 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 353 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 353 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 353 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 353 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 353 baxış
Seçilmişlər
icon