Pleyeri seçin:

İlham Əliyev İsveçrənin yeni səfirini qəbul etdi

24 oktyabr 2023 319 baxış

Prezident İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd edib.

Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunub, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirib.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğulayıb.

Azərbaycan Prezidenti eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

BTQ-nin təşkilatçılığı ilə növbəti beynəlxalq konfrans baş tutub - Baku TV

BTQ-nin təşkilatçılığı ilə növbəti beynəlxalq konfrans baş tutub - Baku TV

Siyasət
03 iyun 2026 319 baxış
Alper Özel Orta Dəhliz layihəsindən danışdı

Alper Özel Orta Dəhliz layihəsindən danışdı

Siyasət
03 iyun 2026 319 baxış
Zəngəzur dəhlizinin tranzit imkanları

Zəngəzur dəhlizinin tranzit imkanları

Siyasət
03 iyun 2026 319 baxış
2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilib - Baku TV

2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilib - Baku TV

Siyasət
03 iyun 2026 319 baxış
Bakıda Qərbi Azərbaycana qayıdış mövzusunda I beynəlxalq konfrans başlayıb - Baku TV

Bakıda Qərbi Azərbaycana qayıdış mövzusunda I beynəlxalq konfrans başlayıb - Baku TV

Siyasət
03 iyun 2026 319 baxış
Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib

Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib

Siyasət
03 iyun 2026 319 baxış
Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV

Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV

Siyasət
03 iyun 2026 319 baxış
Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında - Baku TV

Prezident Mərkəzi Bankın yeni inzibati binasının açılışında - Baku TV

Siyasət
03 iyun 2026 319 baxış
Moskva və Tehran eyni mövqedə: Zəngəzur dəhlizinə qarşı hansı plan hazırlanır? - AKTUAL GÜNDƏM

Moskva və Tehran eyni mövqedə: Zəngəzur dəhlizinə qarşı hansı plan hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
03 iyun 2026 319 baxış
Avropanın enerji təchizatında Azərbaycanın rolu | Elektron sənəd qəbulu başlayır - YENİ BİR SƏHƏR

Avropanın enerji təchizatında Azərbaycanın rolu | Elektron sənəd qəbulu başlayır - YENİ BİR SƏHƏR

Siyasət
03 iyun 2026 319 baxış
Seçilmişlər
icon