Pleyeri seçin:

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi

29 aprel 2024 398 baxış

Prezident İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verib.

Datuk Mutanq Taqalın Azərbaycana səfərinin münasibətlərimizin genişlənməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edən dövlət başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrimizin bu hərəkatın gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq həyata keçirdikləri, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycanla Malayziyanın yaxından qarşılıqlı fəaliyyət göstərdikləri məmnunluqla qeyd olunub.

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI

Siyasət
17 aprel 2026 398 baxış
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
17 aprel 2026 398 baxış
İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

Siyasət
17 aprel 2026 398 baxış
İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
17 aprel 2026 398 baxış
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Siyasət
17 aprel 2026 398 baxış
Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Siyasət
17 aprel 2026 398 baxış
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

Siyasət
17 aprel 2026 398 baxış
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

Siyasət
17 aprel 2026 398 baxış
Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Siyasət
17 aprel 2026 398 baxış
"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

Siyasət
17 aprel 2026 398 baxış
Seçilmişlər
icon