Pleyeri seçin:

İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşdü

14 noyabr 2024 412 baxış

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçlə görüşüb.

Monteneqro dövlət baçsısı COP29-u uğurlu tədbir adlandırıb. O qeyd edib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.

Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasına toxunaraq, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğulayıb.

COP29-un qısa müddət ərzində təşkil olunduğunu deyən İlham Əliyev bildirib ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan Azərbaycana qarşı “fake news” və qarayaxma kampaniyasına start verilib.

“Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil”, – o vurğulayıb.

Dövlət başçısı bildirib ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.

İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırladıb.

İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.

Görüşdə Monteneqro Prezidenti dövlət başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib.

Banner
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 412 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 412 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 412 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 412 baxış
Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 412 baxış
Seçilmişlər
icon