İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul etdi
Prezident İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İdarə Heyətinin üzvlərini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edərək vurğulayıb ki, bu, Azərbaycan xalqının dövlət başçısına böyük inam və etimadının təzahürüdür.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu deyib. O qeyd edib ki, bu, Azərbaycanın dünyada yaşıl enerji sahəsində də qlobal liderliyinin təcəssümüdür.
Vayra Vike-Freyberqa artıq XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirildiyini deyərək builki forumun iştirakçıları arasında keçmiş dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, müxtəlif ölkə, beynəlxalq təşkilat, özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin, digər rəsmilərin, ümumilikdə 350-dən çox qonağın olduğunu diqqətə çatdırıb.
O, bu forumda qlobal gündəlikdə duran siyasi, təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərin müzakirə olunacağını, həll yolları ilə bağlı tövsiyələrin veriləcəyini qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
