Pleyeri seçin:

İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07 iyul 2025 166 baxış

Prezident İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğulayıb, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını deyib.

İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.

İlham Əliyev Azərbaycan və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.

Azərbaycan Prezidenti qardaş ölkədən nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə edib.

Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşündən görüntülər - Baku TV

Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşündən görüntülər - Baku TV

Siyasət
17 dekabr 2025 166 baxış
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə mötəbər tədbirdə iştirak ediblər - Baku TV

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə mötəbər tədbirdə iştirak ediblər - Baku TV

Siyasət
17 dekabr 2025 166 baxış
"Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər

"Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər

Siyasət
17 dekabr 2025 166 baxış
İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü - Baku TV CANLI

İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü - Baku TV CANLI

Siyasət
17 dekabr 2025 166 baxış
Əli Əsədovun Türkmənistan səfərinin önəmi | Mərkəzi Asiyanın neytral nöqtəsində vacib toplantı

Əli Əsədovun Türkmənistan səfərinin önəmi | Mərkəzi Asiyanın neytral nöqtəsində vacib toplantı

Siyasət
17 dekabr 2025 166 baxış
Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Siyasət
17 dekabr 2025 166 baxış
Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Siyasət
17 dekabr 2025 166 baxış
Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Siyasət
17 dekabr 2025 166 baxış
Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Siyasət
17 dekabr 2025 166 baxış
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 166 baxış
Seçilmişlər
icon