Pleyeri seçin:
İlham Əliyev Pakistan xalqını təbrik etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub.
Liderlər bir-birinə və xalqlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdırıblar.
Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub. Münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Kopyalandı
#Azərbaycan Prezidenti teqi istifadə olunub
- İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin regional və qlobal siyasətdə dəyişən rolu - Baku TV
- İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür - YENİ BİR SƏHƏR
- İlham Əliyevin Türk dünyasının birliyi strategiyası
- Tarix yazan və tarixə yazılan Prezident
- Əsrə bərabər 20 il: dünyaya səs salan prezident
