Pleyeri seçin:

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - Baku TV

05 may 2026 359 baxış

Prezident İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.

Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.

Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütəmadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 359 baxış
Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Siyasət
10 sentyabr 2026 359 baxış
Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Siyasət
10 sentyabr 2026 359 baxış
Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Siyasət
09 sentyabr 2026 359 baxış
Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Siyasət
09 sentyabr 2026 359 baxış
Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Siyasət
09 sentyabr 2026 359 baxış
ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

Siyasət
09 sentyabr 2026 359 baxış
Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV

Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV

Siyasət
08 sentyabr 2026 359 baxış
"262  mindən çox..." | ANAMA sədrindən Qarabağla bağlı açıqlama - Baku TV

"262 mindən çox..." | ANAMA sədrindən Qarabağla bağlı açıqlama - Baku TV

Siyasət
08 sentyabr 2026 359 baxış
İrəvan Tehranın tələbini qəbul edəcəkmi?

İrəvan Tehranın tələbini qəbul edəcəkmi?

Siyasət
08 sentyabr 2026 359 baxış
Seçilmişlər
icon