İlham Əliyev Pekində “China Energy” şirkətinin sədri ilə görüşdü
Prezident İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri Sonq Hailianqla görüşüb.
Görüşdə şirkətin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanıb.
Qeyd edilib ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.
Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış edib.
Dövlət başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunub.
Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.
Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
