Pleyeri seçin:

İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə nələri müzakirə etdi? | Detallar açıqlandı

11 avqust 2025 469 baxış

Avqustun 11-də Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib.

Telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bu nailiyyətlərin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın rolu qeyd edilib.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.

Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Banner
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 469 baxış
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Siyasət
15 oktyabr 2026 469 baxış
Asiyada etimad və əməkdaşlıq | AQEM-in 7-ci Zirvə Görüşü Bakıda baş tutdu - Baku TV

Asiyada etimad və əməkdaşlıq | AQEM-in 7-ci Zirvə Görüşü Bakıda baş tutdu - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Siyasət
15 oktyabr 2026 469 baxış
Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV

İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV

Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV

Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV

Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV

Siyasət
15 oktyabr 2026 469 baxış
Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?

Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?

Siyasət
15 oktyabr 2026 469 baxış
Seçilmişlər
icon