İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi - Baku TV
Prezident İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin ölkəmizdə ilk dəfə yaradılan “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb.
Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.
“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Dövlət başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
