İlham Əliyev Serbiya Prezidentinin liderlik keyfiyyətlərini yüksək qiymətləndirdi - Baku TV
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfəri zamanı həmkarı Aleksandar Vuçiçin dövlətçilik fəaliyyətini və şəxsi liderlik xüsusiyyətlərini yüksək qiymətləndirib. Baku.tv-nin məlumatına görə, dövlət başçısı Belqradda keçirilən yüksəksəviyyəli görüşlərdə Serbiyanın son illərdə əldə etdiyi iqtisadi tərəqqinin və beynəlxalq nüfuzunun birbaşa Prezident Vuçiçin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur və məhz onun liderliyi sayəsində Serbiya mürəkkəb geosiyasi şəraitdə öz müstəqil yolunu uğurla davam etdirir. Azərbaycan lideri vurğulayıb ki, Serbiyanın təbii resurslarla zəngin olmamasına baxmayaraq, xarici yardımlardan asılı olmadan inkişaf etməsi Vuçiçin yüksək liderlik keyfiyyətlərinin bariz nümunəsidir. Videoda İlham Əliyevin Vuçiç haqqında səmimi fikirləri, iki liderin strateji tərəfdaşlığa verdiyi şəxsi töhfələr və Belqrad görüşünün hərbi-siyasi əhəmiyyəti barədə ətraflı məlumat yer alır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Baku TV
- Prezident Xanobada görülən işlərlə tanış olub
- “Biz ərazi bütövlüyümüzü bərpa etdik” | İlham Əliyev
- İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - Baku TV
- "Biz buralara həsrətlə baxırdıq" | Xanoba sakinlərinin sevinci - Baku TV
