Pleyeri seçin:

İlham Əliyev Şri-Lankanın xarici işlər nazirini qəbul edib - Baku TV

14 oktyabr 2026 134 baxış

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlət başçısını təbrik edib. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.

Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin eyni zamanda ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını deyib.

Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulanıb.

Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Banner
Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Siyasət
16 oktyabr 2026 134 baxış
Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Siyasət
16 oktyabr 2026 134 baxış
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Siyasət
16 oktyabr 2026 134 baxış
İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 134 baxış
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 134 baxış
Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Siyasət
16 oktyabr 2026 134 baxış
“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

Siyasət
16 oktyabr 2026 134 baxış
Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 134 baxış
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

Siyasət
16 oktyabr 2026 134 baxış
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 134 baxış
Seçilmişlər
icon