Pleyeri seçin:

İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb

23 aprel 2025 539 baxış

Prezident İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.

Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd edib.

Bildirib ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını deyib.

Prezident İlham Əliyev də öz növbəsində vurğulayıb ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə ‒ hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

Dövlət başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini deyib.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırılıb, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edilib.

Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığının, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunulub, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olunub, Çinin BYD şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulanıb.

Banner
"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

Siyasət
23 oktyabr 2026 539 baxış
Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Siyasət
23 oktyabr 2026 539 baxış
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Siyasət
23 oktyabr 2026 539 baxış
İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 539 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 539 baxış
Seçilmişlər
icon