İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli burada yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Ağdam Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama olan sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV
- “Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni
- Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV
- İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV
