Pleyeri seçin:

İlham Əliyev və Lü Tzyançao görüşdü | Nələr müzakirə edildi?

03 aprel 2025 378 baxış

Prezident İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.

Dövlət başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib.

Dövlət başçısı vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.

Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirib, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb.

Lü Tzyançao dövlət başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 378 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 sentyabr 2026 378 baxış
Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 378 baxış
Seçilmişlər
icon